YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: “ASAN xidmət” ən uğurlu modellərdən biridir

«Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün “ASAN xidmət” yaradılıb və bu, ən uğurlu modellərdən biridir». Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in təşkilində ən müasir İKT-nin tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb.

« “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir»- deyə, İ.Kərimov vurğulayıb.