YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurası “Müstəqil dövlət gələcəyin təminatıdır” mövzusunda dəyirmi masa keçirib

Yeni Azərbaycan Partiyası  Suraxanı rayon təşkilatının Qadınlar Şurası  “Müstəqil dövlət  gələcəyin təminatıdır” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, Azərbaycan tarixinin bütün mərhələlərində qadınlar cəmiyyətdə böyük rol oynayan mütərəqqi şəxsiyyət, öz fəaliyyəti ilə ümumi inkişafa təkan verə biləcək qüvvə olub. Onun sözlərinə görə, müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyev gender bərabərliyinin təmin edilməsini dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən edib: “Qadınların öz cəsarət və mərdlikləri ilə xalqımızın apardığı mübarizələrə dəstək verməsi ilə bağlı Azərbaycan tarixində kifayət qədər fakt mövcuddur. Azərbaycan tarixinin xanlıqlar dövrü, Cümhuriyyət dönəmi, eləcə də sonrakı zamanlarında onlarla bu cür fakta rast gəlmək mümkündür, ötən əsrin 90-cı illərindəki Qarabağ savaşında qadınların da kişilərlə birlikdə erməni işğalına qarşı mətinliklə müqavimət göstərməsi milli tariximizin şərəfli səhifələrindədir. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli diplomatik-siyasi fəaliyyəti müasir dünyamız üçün mühüm əhəmiyyət kəsb edir”.

Z.Musayeva bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən dövlət qadın siyasəti uğurla həyata keçirilir. Onun sözlərinə görə, tarixin bütün mərhələlərində ölkəmizin rifahı naminə atılan addımlarda kişilərin iradə və cəsarəti ilə yanaşı, qadınların zəka və düşüncəsinin də mühüm rol oynadığını göstərir: “Ən yüksək ali keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan qadını heç zaman imkan verməz ki, kimlərinsə ailətinə çevrilmiş, hansısa qaranlıq məqsədlər naminə addım atanlar, qadınlarımızın adından istifadə etsin.  Ölkədə asayişi pozmağa çalışanlar, unutmasınlar ki, mənəviyyatı yüksək tutanların, Vətən sevgisi ilə var olanların, ölkənin müstəqilliyini qorumağa gücü də yetər, cəsarəti də. Azərbaycan qadınları olaraq, biz ölkə rəhbərinin cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin əldə etdiyi naəliyyətləri görür və ölkəmizin gələcəyi, inkişafı naminə həyata keçirdiyi siyasəti dəstəkləyirik!”.

YAP Suraxanı rayon təşkilatının sədri müavini Ceyran Novruzova isə bildirib ki, 1993-cü ildən etibarən Azərbaycan demokratiya yolunda artıq böyük bir məsafə qət edib. Avroatlantik məkana inteqrasiya kursu seçən və bu istiqamətdə mühüm nailiyyətlərə imza atmağı bacaran Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq davamlı inkişafı indi də xüsusi diqqət mərkəzində yer alır. Məhz bu səbəbdəndir ki, ölkəmizdə müasir dünya tələblərinə uyğun demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası daim genişlənir. Lakin çox təssüflər olsun ki, bu gün bir qrup özlərini müxalifət adlandıranlar, ölkəmizin inkişafına əngəl olmaq, nüfuzunu gözdən salmaq niyyətində olanlarla əlbir olub, əsayişi pozmaq, qarşıdurma yaratmaq istəyi ilə qanuna zidd hərəkətlər edir.

Tədbirdə  şəhid anası Saray Quliyeva, Şövkət Xanməmmədova, partiya fəalları Tünzalə Süleymanova, Cəmilə Ağayeva və digərləri ölkəmizdə sabitliyi pozmağa cəhd edən radikal qrupların əməllərini pisləyiblər.