YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin ənənəvi debat klubuna yenidən start verilib

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin  ənənəvi debat klubuna yenidən start verilib.

YAP Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov bu debatların  önəmli olduğunu bildirib. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə gedən müzakirələrdə bir başa debat mədəniyyəti lazımdır ki, opponentə tutarlı, mədəni cavab verilsin. Eyni zamanda, ölkə rəhbərliyinin son günlərdə apardığı islahatlar da onu göstərir ki, gənclərə xüsusi diqqət və önəm verilir.

Bu baxımdan, partiya rəhbərliyi də daim gənclərə xüsusi diqqət göstərib, hər zaman ölkənin istər parlament, istərsə də bələdiyyə seçkilərində partiya gənclərinə etimad göstərib. Təbiidir ki, seçkilər zamanı opponentlərlə müəyyən müzakirələr aparmaq və onlarla debata çıxmaq zəruridir. Bu baxımdan, YAP Gənclərnin təşkil etdiyi ənənəvi debat klubunun böyük faydası olacaq.

Layihənin rəhbəri, YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə debat mədəniyyəti, debat texnikası barədə məlumat verib. Qeyd edib ki, qeydiyyatdan 200-dən çox şəxs keçib, 2 mərhələli müsahibədən isə 50 nəfər seçilərək təlimlərə qoşulub.

Sonda isə xatirə şəkili çəkdirilib.