YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bir çox ölkələr üçün uğurlu inkişaf formulu kimi təqdim edilir

Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin edilməsi kimi ümdə məsələləri əhatə edir.

Bu fikirləri Malayziyanın Kuala Lumpur şəhərində “Birləşmiş dünya: milli quruculuq çağırışları” mövzusunda keçirilən beynəlxalq forumda “Xalqın artan səs potensialının reallaşması” mövzusunda çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib.
S.Fətəliyeva son 10 ildə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, QHT-lərə dövlət dəstəyindən, KİV-lərə yaradılan şəraitdən, İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramından, dövlətin gənclər və gender siyasətindən söhbət açıb.
Bildirilib ki, Azərbaycan son 10 il ərzində uğurlu iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. İqtisadi uğurlarla yanaşı, ölkəmiz həm də vətəndaş cəmiyyətinin qurulması və inkişafı istiqamətində bir çox nailiyyətlər əldə edib. Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi müstəqil Azərbaycan dövlətinin siyasi kursunun əsasını təşkil edir.