YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DSX: Ermənistan silahlı qüvvələrinin bölmələri Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub

Oktyabrın 29-da axşam saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozublar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Məlumatda qeyd edilib ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir. Hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə atəş açılıb. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb.