YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq təşkilatlara Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı bəyanat ünvanlanıb

“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyevin və Dilqəm Əsgərovun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb.

AzərTAc xəbər verir ki, bəyanat BMT-nin baş katibinə, təşkilatın İnsan Hüquqları Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Şurasına, Avropa Komissiyasına, ATƏT-ə və digər beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin Bakıdakı səfirliklərinə, diaspor təşkilatlarımıza ünvanlanıb.
Bəyanatda bildirilir ki, qondarma Dağlıq Qarabağ rejiminin girov götürülmüş azərbaycanlılarla bağlı keçirdiyi qeyri-qanuni məhkəmədən Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı video görüntülərdə hər iki azərbaycanlı mülki girovun işgəncələrə məruz qaldığı məlum oldu. Bu, insan haqlarının kobud şəkildə pozulmasıdır. Ermənistan bu hərəkəti ilə növbəti dəfə beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozur. Təəssüf ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu, eləcə də xarici dövlətlər bu saxta məhkəməyə heç bir reaksiya vermir. Girovların ailələrinin Beynəlxalq Qızıl Xaç Komitəsinə dəfələrlə etdikləri müraciətlər isə hələ də cavabsız qalıb.
Bəyanatda beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən girov götürülmüş azərbaycanlıların hüquqlarının bərpa edilməsi, ikili standartlara son qoyulması tələb olunur.