YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Bütün görülən işlər Prezident İlham Əliyevin regionlara olan diqqətinin nəticəsidir

“Oktyabrın 28-də Azərbaycan Prezidenti yenidən bölgələrə səfəri çərçivəsində ölkəmizin Qəbələ və Ağdaş rayonlarında bir sıra infrastruktur və istehsal obyektlərinin açılışında iştirak edib. Belə ki, Ağdaşda yenidən qurulan Qolqəti-Dəhnəxəlil- Qoşaqovaq-Ərəbocağı avtomobil yolu dövlət başçısının iştirakı ilə yenidən istifadəyə verildi”. Bu fikirləri  Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Qolqəti-Dəhnəxəlil- Qoşaqovaq-Ərəbocağı avtomobil yolu bir neçə kəndi əhatə etməklə yanaşı 10 mindən çox insanı əhatə edir: “Bununla yanaşı ötən gün uzun müddətdir davam edən və vacib layihə olan Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verildi. Artıq bununla 35 min insan təmiz sudan istifadə etməyə başlayıb. Eyni zamanda Biyan sənaye parkının açılışı oldu ki, bu, analoqu olmayan bir haldır. Ümumi sahəsi 1000 hektar olan Parkda biyan kökü həm tədarük, həm də emal olunur”.

“Bütün görülən işlər əlbəttə ki, Prezident İlham Əliyevin Ağdaşa, eləcə də digər regionlara olan diqqət və qayğısının nəticəsidir. Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismarı insanların sağlamlığı üçün çox mühümdür. Dövlət başçısı da Ağdaşın digər rayonlarında içməli su təchzatının yaxşılaşdırılması ilə bağlı işlərin görüldüyün qeyd etdi. Bununla da həmin kəndlərdə də yaxın zamanlarda içməli su təchizatı və kanalizasiya sistemləri ilə bağlı problem kökündən həllini tapacaq. Ümumilikdə ölkə başçısının bu səfəri rayon sakinlərinə həm iqtisadi, həm də sosial baxımından göstərilən diqqət və qayğının göstəricisi kimi qiymətləndirilməlidir. Ağdaş sakinləri bu diqqətə görə ölkə başçısına cənab Prezidentə təşəkkürlərini bildirirlər”.