YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri  Mladen İvaniçə, ölkəsinin milli bayramı – Dövlətçilik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.