YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası Parisdə işə başlayıb

Noyabrın 24-də UNESCO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası işə başlayıb.

Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Komitənin builki sessiyasında 2003-cü il konvensiyasının gələcək icra mexanizmləri, konvensiyanın implementasiyası üzrə üzv ölkələrin təqdim etdiyi hesabatlar, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti, eyni zamanda təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaqdır.