YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gəncədə YAP bələdiyyə üzvlüyünə namizədlərin imzatoplama kampaniyasına start verib

Bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə “Xalqa xidmət” devizi ilə gedən Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında seçkilərə hazırlqla bağlı geniş hazırlıq işləri həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb.

Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə bələdiyyələrinə irəli sürülmüş namizədlər sakinlərlə görüşür, imza toplayırlar.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılıb. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.