YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Salyanda 10 mindən artıq imza toplanıb

Dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Salyan rayon şöbəsi Seçki Məcəlləsinə uyğun olaraq işini uğurla davam etdirir.

Rayonda seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə təşkilatda 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Artıq ötən üç gün müddətində qərargah üzvləri rayondakı 20 inzibati ərazi üzrə 10850 nəfərdən imza toplayaraq müvafiq qaydada aktlaşdırıblar.

Qeyd edək ki, YAP Salyan rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən 202 namizəd partiyanın və ölkənin ictimai-siyasi həyatında aktivlik nümayiş etdirən, xalq arasında inam və etibar qazanan, ali savadlı, intellektual səviyyəsi yüksək olan insanlardır.