YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şəmkir rayon təşkilatı imzatoplama kampaniyasına uğurla start verib

23 dekabrda keçiriləcək  bələdiyyə seçkilərində  iştirak  edəcək  Yeni Azərbaycan Partiyasını  təmsil edən namizədlərin   imzatoplama kampaniyasına start verilib. YAP Şəmkir rayon təşkilatında imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb.

Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Şəmkir rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir. Yeni Azərbaycan Partiyası tərəfindən Şəmkir bələdiyyələrinə irəli sürülmüş namizədlər yerlərdə sakinlərlə görüşür, imza toplayırlar. YAP Şəmkir rayon  təşkilatından bu ilki seçkilərdə  ümumilikdə 42 bələdiyyə üzrə 400  nəfər  partiya üzvü namizədliyini irəli sürüb.

İmza toplama kampaniyası davam edir.

 

DİGƏR Partiya xəbərləri Arxiv