YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Kürdəmirdə Yeni Azərbaycan Partiyasından bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin imzatoplama kampaniyası davam edir

Kürdəmirdə 23 dekabr  2019-cu  il tarixdə keçiriləcək Bələdiyyə  seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri  irəli sürülən şəxslərin  imzatoplama kampaniyası davam edir. 

Yeni Azərbaycan Partiyası  Kürdəmir  rayon təşkilatından rayon üzrə mövcud 30  yerli bələdiyyəyə 284  nəfər üzvün namizədliyi irəli sürülüb. 57 saylı  saylı Kürdəmir seçki  dairəsi üzrə 174 ,  65  saylı Saatlı-Sabirabad-Kürdəmir  seçki dairəsi üzrə 92 , 58  saylı Hacıqabul – Kürdəmir seçki  dairəsi üzrə 18  namizəd üçün tələb olunan bütün sənədlər müvafiq imza vərəqələri götürülərək imzatoplama kampaniyasına başlanılıb. Qeyd edək ki, namizədlərin 35  faizini   gənclər, 45  faizini  isə qadınlar təşkil edir.  Hər bir fəal  imza vərəqəsini doldurmaq üçün müvafiq bələdiyyələrin əhatə etdiyi ərazilər  üzrə sakinlərlə görüşüb, eyni zamanda rayon təşkilatının qərargahında da  imza toplanılır.  Kürdəmirlilər bu prosesdə yüksək  fəallıq göstərirlər.