YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Sabirabadlılar imzaları ilə YAP-ın namizədlərini təsdiqləyirlər

Yeni Azəbaycan Partiyası Sabirabad rayon təşkilatının 265 nəfər imzatoplayan fəalının iştirakı  ilə kampaniya fəallığı  ilk gündən diqqət çəkir. Belə ki, imzatoplayanlar seçicilərlə görüşlərdə vurğulayırlar ki, seçkilərdə iştirak etməklə  ölkənin gələcək inkişafına dəstək olduğunu bildirən hər bir vətəndaş bununla Azərbaycanda demokratiyanın təntənəsini sübut etmiş olacaq.

YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva vurğuladı ki, 7805 imzanın toplanması üçün partiyanın fəalları treninqlərdə iştirak ediblər. Onlar imzatoplama kampaniyası ilə bağlı mühüm biliklərə yiyələniblər. İmzatoplama kampaniyası yekunlaşandan sonra imza vərəqələri DSK-lara təqdim olunacaq. «Məlum olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar olaraq keçirilən imzatoplama kampaniyasında iştirak edən sabirabadlılar imzaları ilə Yeni Azərbaycan Partiyasının namizədlərini təsdiqləyirlər.»

YAP rayon təşkilatının sədrinin verdiyi məlumata görə imzatoplama kampaniyasına fəal YAP üzvləri cəlb olunub və onlar tərəfindən bu proses uğurla davam edir: “Qeyd edim ki, YAP Mərkəzi Aparatı tərəfindən verilmiş təlimatlara uyğun olaraq Sabirabad rayon təşkilatında imzatoplayacaq şəxslər və onların imza toplayacaqları marşrutlar üzrə qrafikləri müəyyənləşdirilib.”