YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev BBC Global News-un baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib.
BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkəmizdə gedən inkişaf prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı auditoriyasına çatdırılmasının önəmini vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə nail olunması, ölkəmizdə azadlıq və demokratiyanın təmin edilməsi istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, respublikamızın energetika sahəsində qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi, mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz informasiyanın çatdırılmasının önəmini vurğuladı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv