YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasını uğurla davam etdirir. Bununla bağlı YAP Sumqayıt şəhər təşkilatında ciddi hazırlıq işləri aparılır. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, təşkilat  öz işini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurub. Qeyd edilib ki, dekabrın 23-də Azərbaycanda artıq 5-ci bələdiyyə seçkiləri keçiriləcək və YAP Sumqayıt şəhər təşkilatının üzvləri də bu prossesdə iştirak edir və seçkilərə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar.

Məlumat üçün bildirək ki, bələdiyyə seçkilərində YAP Sumqayıt şəhər təşkilatı 3 bələdiyyə üzrə 47 nəfər namizədlə təmsil olunur. Onlardan 19 nəfəri Sumqayıt bələdiyyəsi, 15 nəfəri H.Z. Tağıyev bələdiyyəsi və 13 nəfəri Corat bələdiyyəsi üzrə öz namizədliklərini irəli sürüblər. Seçkilərdə irəli sürüləcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə hazırlıq işləri də davam etdirilməkdədir. YAP Mərkəzi Seçki Qərargahının Sumqayıt şəhər şöbəsi Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq, ilk partiya təşkilatların fəaliyyət dairəsini məntəqələrin əhatə etdiyi ərazi ilə uyğunlaşdırıb. Artıq imzatoplama işləri yekunlaşmaq üzrədir.