YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” qeyd olundu

Bu gün, YAP Səbail rayon təşkilatı “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirib.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, AMEA-nın Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, Mərkəzi Nəbatət Bağının direktoru Vahid Fərzəliyev, partiya fəalları, gənclər iştirak etdilər.

İlk öncə Dövlət Himni səsləndirildi, daha sonra Dövlət Bayraq Gününə həsr olunan videoçarx nümayiş olundu.

AMEA-nın Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə qonaqları salamlayaraq bayram münasibətilə hər kəsi təbrik etdi.

Müstəqil Azərbaycan dövlətçiliyinin rəmzi və xalqımızın istiqlal mübarizəsinin simvolu olan Azərbaycan bayrağına həsr olunan əlamətdar bayram günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev dövlət müstəqilliyinin dəyəri, müstəqil dövlətçilik atributlarının müqəddəsliyi, üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi olması və gənc nəslin Vətənimizə, dövlətimizə, milli-mənəvi dəyərlərimizə və tariximixə sədaqət, yüksək vətənpərlik ruhunda yetişdirilməsinin zəruriliyi haqqında danışdı.

Çıxış edən Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev və YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev bildirdilər ki, dövlət bayrağımız müqəddəs dövlət atributu olmaqla yanaşı xalqımızın dövlətimizin vahid siyasəti, müstəqil dövlətçilik ideologiyası ətrafındakı həmrəyliyinin rəmzidir. Ölkəmizin iqtisadi yüksəlişi, Azərbaycanda gedən proqressiv inkişaf, dövlətimizin beynəlxalq arenada əldə etdiyi uğurlar xalqımızda böyük ruh yüksəkliyi və Azərbaycanın firavan gələcəyinə dərin inam yaradır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Mərkəzi Nəbatat Bağının bir qrup əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olundu.