YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda imzatoplama kampaniyası davam edir

Ölkəmizdə bütün seçkilərdə olduğu kimi dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın hər bir təşkilatı kimi Qaradağ rayon təşkilatı da fəallıqla imzatoplama kompaniyasını davam etdirir. Partiya tərəfindən rayonda olan 11 bələdiyyə üzrə 123 nəfərin namizədliyi irəli sürülüb. Müvafiq prosedur qaydaları layiqincə həyata keçirmək üçün partiya fəallarının iştirakı ilə treninqlər keçirilib, imza vərəqələrinin doldurulma qaydaları barədə müvafiq izahatlar verilib. Bu səbəbdən də partiya tərəfindən namizədliyi irəli sürülən şəxslərin imzatoplama kampaniyası uğurla gedir. Yaxın günlərdə nəzərdə tutulan mavafiq sənədlər toplanaraq Dairə Seçki Komissiyalarına təhvil veriləcək. Məqsəd seçicilərin mütləq səsi ilə seçkilərdə qalib gəlməklə onların etimadını real işlərlə doğrultmaqdır.

DİGƏR Xəbərlər Arxiv