YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Seçki proseslərində xüsusi fəallığı ilə seçilən YAP Xətai rayon təşkilatı bələdiyyə seçkilərinin  namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyasını uğurla başa çatdırıb. YAP Xətai rayon təşkilatının Aparat rəhbəri Mayıl Kərimov bildirdi ki,  kampaniyanın ilk mərhələsindən seçici fəallığı yüksək səviyyədə nəzərə çarpır. YAP Xətai rayon təşkilatı   bələdiyyə seçkilərində 2 bələdiyyə üzrə 32 nəfər namizədlə təmsil olunur. 19 nəfər Xətai bələdiyyəsi və  13 nəfər isə kənd Əhmədli bəldiyyəsi üzrə namizədliklərini irəli sürüblər.

M.Kərimov bildirdi ki,  YAP Xətai rayon təşkilatında  partiya fəallarının iştirakı ilə treninqlər keçirilərək imza vərəqələrinin doldurulma qaydaları haqqında lazımi izahatlar verilib. Maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsi nəticəsində partiya tərəfindən namizədliyi irəli sürülən şəxslərin imzatoplama kampaniyası uğurla həyata keçirilib, müvafiq sənədlər toplanaraq Dairə Seçki Komissiyalarına təhvil verilib. Xətai bələdiyyəsi üzrə  hər namizəd 150, Əhmədli bələdiyyəsi üzrə isə  hər namizəd 50 imza toplayıb.

Onu da qeyd edək ki,  YAP Xətai rayon təşkilatı   özündə 4 seçki dairəsini, 135 ərazi ilk  partiya təşkilatını, eyni zamanda,   16371 üzvü birləşdirir. Xətai seçicilərinin ümumi sayı 160 mindən artıqdır.