YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Avropa Olimpiya Komitəsinin 43-cü baş Assambleyasının Bakı şəhərində keçirilməsi mühüm hadisədir

«Avropa Olimpiya Komitəsinin 43-cü baş Assambleyasının Bakı şəhərində keçirilməsi mühüm hadisədir». Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı  Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu baxımdan ardıcıl olaraq mötəbər idman tədbirləri keçirilir.

«Azərbaycan artıq dünyada özünü nüfuzlu idman ölkəsi kimi təsdiq edib. Bu səbəbdəndir ki, ilk Avropa Olimpiya Oyunlarını ölkəmizdə keçirilməsi haqqında qərar verilib. Eyni zamanda, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının bir neçə oyunu ölkəmizdə baş tutacaq. Bütün bunlar Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimaddır»- deyə, A.Abiyev vurğulayıb.