YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın nüfuzlu “The İnternational News” qəzeti “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs etmişdir

Pakistanın ingilis dilində yayımlanan nüfuzlu “The İnternational News” qəzeti “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs edən “Azərbaycan Fondu Tankda su təchizatına başlamışdır” sərlövhəli məqalə dərc etmişdir.

Məqalədə, layihənin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirildiyi xüsusi vurğulanmışdır.

Yazıda, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundinin Pakistan əhalisinə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ərazi sakinlərinin adından dərin minnətdarlıq ifadə etdiyi bildirilmişdir. F.K.Kundi, həmçinin Pakistan ilə Azərbaycan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışmış, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını bölüşmüşdür.

Məqalədə, həmçinin Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, AIMS İnkişaf Qrupunun prezidenti Əhməd Xan Kundi və bölgə sakinlərindən Mahammad Ecazın çıxışlarına yer verilmişdir.