YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram

Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edirəm. Ölkənizin sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram. Bu təşkilat böyük perspektivləri olan bir qurumdur. O, üzvlərinin sayına görə BMT-dən sonra ikincidir. Belə bir təşkilata sədrlik etmək Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir.

Bu fikirləri Fələstinin UNESKO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Hala Tavil deyib.

“İnanıram ki, qarşıdakı bir neçə il ərzində Qoşulmama Hərəkatı daha effektiv fəaliyyət göstərəcək. Fələstinə dair bəyannamələr qəbul olunacaq. Bütün dünyada sülhün sabitliyin təmin edilməsinə töhfə verəcək. Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi ilə əməkdaşlığımızı davam etdirəcək və onlarla birgə çalışacağıq”, - deyə Hala Tavil vurğulayıb.