YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda beynəlxalq konfrans keçirilib

Londonda “Eurasian Dynamics” şirkətinin təşkilatçılığı, Britaniyanın strateji təhlil qurumu “Oksford Beynəlxalq Mərkəzi”nin dəstəyi ilə “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Interfax və Bloomberg agentlikləri, “Avropa Enerji”, “Neft və Qaz Texnologiyası”, “Müstəqil Kimyəvi İnformasiya Xidməti” (ICIS), “NRG Expert” və digər nüfuzlu xəbər portallarının informasiya dəstəyi ilə keçirilib.

Tədbir Britaniyanın nüfuzlu araşdırma və beyin mərkəzi “Catham House”-un nəzarəti altında keçirilib.

Konfransda beynəlxalq enerji şirkətləri, maliyyə qurumları, Avropadan, Mərkəzi Asiyadan, Azərbaycan, Rusiya, Çin, ABŞ, Yaponiya və Koreyadan analitiklər, hökumət rəsmiləri regionda enerji geosiyasəti və investisiya dinamikası, eləcə də hüquqi risklər və layihə maliyyələşdirilməsi sahəsindəki yeniliklərlə bağlı fikir mübadiləsi aparıblar.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri konfransda açılış nitqi ilə çıxış edib.

Ç.Hendri Britaniya Parlamentində Mərkəzi Asiya və Azərbaycan haqqında tez-tez müzakirələr aparıldığını, enerji məsələsində bu bölgələrin beynəlxalq səviyyədə əhəmiyyətli olduğunu vurğulayıb. Britaniya şirkətlərinin sözü gedən bölgələrə böyük maraq göstərdiyini diqqətə çatdıran parlament nümayəndəsi, regionun, həmçinin biznes üçün əlverişli və perspektivli olduğunu vurğulayıb.

Bildirilib ki, enerji məsələsi sadəcə regional deyil, həmçinin qlobal əhəmiyyəti olan bir məsələdir. Enerji sahəsində şaxələndirilmənin önəmini vurğulayan Ç.Hendri bunun uzunmüddətli bir proses olduğunu diqqətə çatdırıb. Bölgədə və Azərbaycanda enerji sahəsində gedən proseslər, bu sektorda görülən işlər və gələcək layihələr haqqında ətraflı məlumat verib. Avropanın enerji təhlükəsizliyi məsələsində bölgənin əhəmiyyəti vurğulanıb.

Ç.Hednri, həmçinin siyasi proseslərin enerji məsələlərinə təsiri, bunun nəticələri, problemlər və onların həlli yolları haqqında danışıb.

Azərbaycanın inkişafı haqqında ətraflı danışan Ç.Hendri ölkəmizin müstəqilliyinin bərpasından sonra böyük nailiyyətlərə imza atdığını bildirib. Azərbaycan, ölkəyə beynəlxalq investorları cəlb etməklə məqsədyönlü enerji siyasəti yeridib. Ölkədə enerji sahəsində həyata keçirilən layihələrin hərtərəfli inkişafa şərait yaratdığını bildirən, ticarət elçisi, gələcəkdə də uğurların davam edəcəyinə əminliyini vurğulayıb.

Britaniya ilə Azərbaycan arasındakı münasibətlərə də toxunan Ç.Hendri, iki tərəfli münasibətlərimizin inkişafının yüksək səviyyədə olduğunu qeyd edib. O, ölkələrimizin xüsusilə enerji sahəsində sıx əməkdaşlıq etdiklərini, Azərbaycana yatırılan xarici investisiyanın demək olar ki, yarısının Britaniyanın payına düşdüyü bildirilib.

Sonra konfrans sessiyalar üzrə işini davam etdirib.

Mövzu ətrafında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv