YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümünü YAP-ın ilk üzvləri və Qarabağ müharibəsi əlilləri ilə birgə qeyd edib

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümünü Yeni Azərbaycan Partiyasının ilk üzvləri və Qarabağ müharibəsi əlilləri ilə birgə qeyd edib.

Görüşdən əvvəl YAP Bərdə rayon təşkilatının  İdarə Heyəti və Şura üzvləri, bir qrup partiya fəalı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra YAP Bərdə rayon təşkilatı İdarə Heyətinin üzvləri və bir qrup partiya fəalı Qarabağ döyüşlərində bir əlini və bir ayağını itirmiş birinci qrup əlil 1993-cü ildən YAP üzvü Şakir Qurbanov, Qarabağ döyüşlərində bir ayağını itirmiş və başından zədə almış birinci qrup əlil Novruz Əhmədov, Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən biri, Qarabağ müharibəsi əlili Rəşid Musayev görüşüblər.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünü münasibətilə təbrik edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölməz ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində rolundan və xidmətlərindən danışıb, möhtəşəm qələbələrə, zəfərlərə imza atmasında partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin, ölkənin Birinci vitse-prezienti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

Qeyd olunub ki, Qarabağ qazilərinə olan diqqət və qayğı bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki dövlətimizin möhkəmliyi həmdə bu vətən uğrunda döyüşmüş, canlarından və qanlarından keçmiş, əlil olmuş vətən oğullarının döyüş yolundan keçir.

 Görüşdə Qarabağ müharibəsi əlilləri və partiyanın ilk üzvləri öz döyüş xatirələrini bölüşüb və göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, YAP Bərdə rayon təşkilatı tərəfindən onların hər birinə maddi yardım göstərilib.