YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bələdiyyə seçkilərində məşvərətçi səs hüquqlu üzvlərinin iştirakı ilə müşavirə keçirilib

Noyabrın 23-də  Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu ilin dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ümumrespublika müşavirəsi keçirilib.

Yeni Azərbaycan Partiyasının  bələdiyyə seçkilərində məşvərətçi səs hüquqlu üzvlərinin iştirakı ilə keçirilən müşavirədə seçkilərə hazırlıq, seçki prosesinin gedişi, qanunvericiliyin tələblərindən irəli gələn məsuliyyət və vəzifələr müzakirə edilmişdir.     

YAP İcra Katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov müşavirədə bu ilin dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə  hazırlıq məsələləri ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını  verib.