YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Maltanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.

Səfir Con Debono fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Con Debono etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini məmnunluqla xatırladı. Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Səfir Con Debono ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

DİGƏR Xəbərlər Arxiv