YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da 400-dən çox nümayişçi həbs edilib

Los-Ancelesdə hakimlər kollegiyasının Afrika əsilli gənci güllələyən polis zabitinə bəraət qazandırmasına etiraz edən 400-dən çox nümayişçi həbs olunub.

Kütləvi həbslərə baxmayaraq ABŞ-ın onlarla şəhərində etiraz aksiyaları artıq üç gündür davam edir. “Məhkəmə olmasa, sülh də olmayacaq!”, “Nümayişçiləri azad edib qatilləri tutun!” kimi şüarlar səsləndirən nümayişçilər 18 yaşlı Maykl Braunu qətlə yetirən Darren Uilsonun və ABŞ-da silahsız insanlara atəş açan bütün polislərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.