YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tərcümeyi-hal davam edir: İlham Əliyev” kitabı Küveytdə ərəb dilində nəşr edilmişdir

Tanınmış yazıçılar Hüseynbala Mirələmov və Viktor Andriyanovun Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatında “Görkəmli adamların həyatı” seriyasında 2007-ci ildə rus dilində nəşr olunan “Tərcümeyi-hal davam edir: İlham Əliyev” kitabına maraq artmaqda davam edir.

Tarixi faktlar və sənədlərlə işləmək təcrübəsi hələ Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının elə bu seriyada nəşr olunan “Heydər Əliyev” və “Zərifə Əliyeva” əsərləri ilə oxuculara yaxşı tanış olan yazıçılar Hüseynbala Mirələmov və Viktor Andriyanovun “Tərcümeyi-hal davam edir: İlham Əliyev” əsərini bu gün haqlı olaraq müasir publisistikanın ən dəyərli nümunələrindən biri hesab edirlər. Öz əhatəliliyi, faktların səhihliyi və zənginliyinə görə dünyanın bir çox kütləvi informasiya vasitələrinin ölkəmizin rəhbərindən materiallar hazırlayarkən etibarlı mənbə kimi istinad etdikləri əsər Azərbaycanın dövlət başçısına olan oxucu marağı nəzərə alınaraq gürcü, türk və Ukrayna dillərinə tərcümə edilmişdir.

AzərTAc xəbər verir ki, son illərdə ərəb ölkələrində də bu maraq artmaqdadır. Bu marağı nəzərə alınaraq “Görkəmli adamların həyatı” seriyasından “Tərcümeyi-hal davam edir: İlham Əliyev” kitabı bu günlərdə Küveytdə ərəb dilində nəşr olunmuşdur.

Kitabın ərəb dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikasının Küveytdəki səfiri Tural Rzayevin təşəbbüsü və dəstəyi ilə baş tutmuşdur.
Yüksək poliqrafik tərtibatla, nəfis şəkildə 2000 tirajla nəşr olunan “İlham Əliyev” kitabı Küveytin ali məktəblərinin kitabxanalarına, elmi-tədqiqat institutlarına, hökumət dairələrinə və s. yerlərə göndəriləcəkdir.