YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatı təbliğat mərhələsinə uğurla start verib

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına başlayan Yeni Azərbaycan Partiyası bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisinə də yüksək ab-hava ilə başlayıb.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində də bələdiyyə seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Pariyası tərəfindən namizədliyi irəli sürülən namizədlərin təbliğat işlərinə start verilib.

Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar.

Gənc partiya fəalları təbliğat-təşviqat kampaniyasına Gəncə şəhərində mövcud olan 4 Dairə Seçki Komissiyasının və 107 məntəqə seçki komissiyalarının dislokasiyalarına görə,Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatlarının və Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 nəfərin vahid formada hazırlanmış plakatlarını asmaqla başlamışdır. Bunlardan əlavə ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlarda seçicilərə paylanacaq və partiya fəalları YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.

Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılacaq.

 

 

 

DİGƏR Partiya xəbərləri Arxiv