YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ” Avropa Liqası çərçivəsində Fransada yerli “Sent-Etyen” ilə heç-heçə etdi

Noyabrın 27-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası Fransada yerli “Sent-Etyen” kollektivi ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı ilə yekunlaşıb.

“F” qrupunda çıxış edən Ağdam klubu Bakıda “Sent-Etyen” ilə qolsuz (0:0) bərabərə qalmışdı.

Qrupun digər oyununda isə “İnter” və “Dnepr” (Ukrayna) İtaliyada üz-üzə gəliblər. İtaliya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək 11 xalla turnir cədvəlindəki birinciliyini möhkəmləndirib. Hesabında 5 xal olan “Qarabağ” və “Sent-Etyen” komandaları ikinci və üçüncü pillədə qərarlaşıblar.

DİGƏR Xəbərlər Arxiv