YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Pirallahı rayonunda təbliğat-təşviqat kampaniyasına uğurla start verildi

23 dekabr 2019-cu ildə ölkəmizdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin şəkillərinin təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesi həyata keçirildi.

     Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, rayon təşkilatının fəalları ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərinə yüksək ruh yüksəkliyi ilə hazırlaşırlar.  Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsnin fəaliyyət Proqramına uyğun olaraq namizədlərin seçkiqabağı təbliğat kampaniyası uğurla həyata keçirilir: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. YAP Mərkəzi Seçki Qərargahının Pirallahı  rayon şöbəsinin üzvləri mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir”.
     O qeyd etdi ki, Pirallahı  rayonu üzrə 1 seçki dairəsi mövcuddur. 13 saylı Xəzər-Pirallahı  Seçki Dairəsindən  rayonumuzda 10 məntəqə üzrə  10 min 793 seçici qeydiyyatdadır. Pirallahı rayonu üzrə 3 bələdiyyə  - Pirallahı, Gürgən və Çilov-Neft Daşları bələdiyyəsinə partiya tərəfindən 31 nəfərin namizədliyi irəli sürülüb".

     H. Şikarovun sözlərinə görə,  namizədlərin təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür. Sevindirici haldır ki, əhali partiya tərəfindən irəli sürülmüş namizədlərə yüksək dəstək nümayiş etdirirlər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunu bir daha təsdiq edir.