YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır

“Azərbaycan tarixi günlərə şahidlik edir. Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Sevindirici haldır ki, bu təşəbbüslə də  Yeni Azərbaycan Partiyası çıxış edib. Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq, ölkə gündəmini dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verdi”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayır və bu qərara öz dəstəyini nümayiş etdirir. Çünki biz bununla parlament tarixində yeni ənənənin başlanğıcını qoyuruq. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Görünür ki, YAP cəmiyyətin nəbzini tutmağı, sosial sifarişləri qəbul etməyi və bu sifarişləri qanuni şəkildə reallaşdırılmasının yolları üzərində düşünür və belə bir yol məqbul hesab olundu. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir.

“YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə, hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi. Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. Ötən il prezident seçkiləri keçirilib, bələdiyyə seçkilərinin keçirilməsinə az vaxt qalıb. Nazirlər Kabineti və Prezident Administrasiyasının strukturu tam yenilənib, islahatlar tam sürətlə irəli getməlidir. Biz bu islahatları dəstəkləyən və onun mərkəzində dayanan siyasi partiyayıq. Ona görə də YAP qərara gəldi ki, vaxt itkisinə yol vermədən islahatlara tam şəkildə qoşulmaq üçün müraciət edilsin”-deyən millət vəkilinin sözlərinə görə, cəmiyyətdə həyata keçirilən islahatlar həyatımızın bir sıra sahələrini əhatə edir.

S.Əliyev söyləyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır. Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərir. İndiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin Milli Məclisin müraciəti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsinin özü də tarixi hadisədir. Cənab Prezident bununla Azərbaycanın hüquqi dövlət olduğunu və qanunun aliliyinin hər bir şeydən üstün tutulduğunu bütün dünyaya nümayiş etdirdi”.