YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bələdiyyə seçkiləri ilə bağlı Ağstafa rayonunda görüş keçirilib

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına uğurla start verib.

Kampaniya çərçivəsində səhiyyə işçiləri görüş keçirilib.

Tədbiri açan YAP Ağstafa rayon təşkilatının sədri YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən belə qənaətə gəlmək olur ki, respublikada keçirilən bütün seçkilər, o cümlədən bələdiyyə seçkiləri demokratik prinsiplər əsasında keçirilir: “Biz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində səhiyyə işçilərinin yaxından iştirak edəcəklərindən əminik. Cənab Prezident İlham Əliyevin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsindəki islahatların davamlı şəkildə həyata keçirilməsində bələdiyyələr də artıq öz sözünü deməkdədir”.

Sonra Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva, Uşaq xəstəxanasının baş həkimi İradə Batıyeva, həkimlərdən Teyyub Carçıyev, Xəyalə Ağakişiyeva və başqaları çıxış edərək bələdiyyə seçkilərində iştirak edəcəklərini, seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini  bildiriblər.