YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Onun sözlərinə görə, dövlətimizin başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq “...Xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”, - deyə bildirib. Prezident İlham Əliyev əhalinin mütləq əksəriyyətinin iqtidara alternativ görmədiyini deyib. Həqiqətən də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.

“Bu gün özünü müxalifət adlandıran radikal, antimilli ünsürlər xalqın mənafeyinə, dövlətin maraqlarına zidd mövqedən çıxış edirlər, xəyanətkar və satqın “fəaliyyət”lə məşğuldurlar. Onlar 1990-ci illərin əvvəlində bir il hakimiyyətdə olublar, həmin bir il ərzində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalq onları hakimiyyətdən qovdu. Belələrinin ölkəmizin inkişafı, islahatlar prosesinə kolgə salmaq cəhdləri əbəsdir. Bu gün Azərbaycan xalqı radikal müxalifəti rədd edir. Məhz bu səbəbdəndir ki, indi kiçik bir qrup halında qalıblar. Radikallar heç vaxt məqsədlərinə çata bilməyəcəklər”-deyə, C.Osmanov qeyd edib.