YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zərdab rayon təşkilatı seçicilərlə görüş keçirib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Zərdab rayonunda təbliğat-təşviqat kampaniyasına başlanılıb. Dekabrın 3-də rayonun Əlvənd kəndində Əlvənd,Otmanoba və Şahhüseyinli kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti təsisatlarının təkmiləşdirilməsi yerli özünüi darəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaratmışdır. Bələdiyyələr yarandığı ilk gündən ötən müddət ərzində öz üzərlərinə düşən vəziflərin yerinə yetirilməsində, bölgələrin abadlaşmasında və müasirləşməsində, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm naliyyətlər əldə etmişlər. Biz əminliklə qeyd edə bilərik ki, hər zaman siyasi kampaniyalarda aktiv iştirak edən Zərdab sakinləri budəfəki seçkilərdə də yüksək fəallıq göstərəcəklər və hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən zərdablılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Daha sonra YAP Zərdab rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Həsən Abulov, Dərya Əhmədova, Mənsim Pənahov və Mübariz Umarov çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticələrindən, YAP-ın ölkədə və beynəlxalq aləmdə günbəgün artan nüfuzundan söhbət açıb və əmin olduqlarını bildiriblər ki, görülən işlər məntiqi nəticəsini verəcək, partiyamız tərəfindən irəli sürülən namizədlər layiqli qələbə qazanacaqlar. Keçirilən görüşlərdə seçicilər ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda həyata keçirilən siyasi kursu dəstəklədiklərini bəyan etməklə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə yekdilliklə səs verəcəklərini bildiriblər.