YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Martin Şultsun Azərbaycanla bağlı fikirləri tam əsassız və məntiqsizdir

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində deyib ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanla bağlı fikirlərinin heç bir əsası və məntiqi yoxdur.
Ziyafət Əsgərov bildirib ki, neçə ildir Avropada siyasətlə məşğul olan bir adam nə Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə, nə də işğal olunmuş torpaqlarla maraqlanıb. Amma birdən-birə özlərinin dedikləri kimi, hansısa “siyasi məhbus”un hüquqları onları maraqlandırıb. Bu, Azərbaycana qarşı təzyiq vasitəsidir.
Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycanda siyasi məhbus yoxdur. Nə BMT, nə də Avropa Şurası səviyyəsində “siyasi məhbus” anlayışının təsbit olunduğu hər hansı bir beynəlxalq sənəd yoxdur. Əslində onlar özləri də bilirlər ki, bu, oyundur. Azərbaycan bu qərəzli bəyanatı qəbul etmir.