YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda əlillərlə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiə haqqında" yeni qanun layihəsi hazırlamaq və bununla bağlı ictimai dinləmələr keçirmək nəzərdə tutulur. Bunu jurnalistlərlə söhbətində komitənin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, ilkin olaraq bu yöndə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan tam yeni qanun layihəsinin işlənib hazırlanması məqsədəuyğun sayılıb: "Komitəmizin üzvləri Yaqub müəllim və Sevinc xanım bu məsələni gündəmə gətiriblər. Əgər mövcud qanuna dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni bir qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq”.

H.Rəcəbli onu da əlavə edib ki, bununla bağlı Nazirlər Kabineti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər görülür.

DİGƏR Xəbərlər Arxiv