YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağacın əkilməsi ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə bu təşəbbüsə qoşuluruq.

Bunu Yeni Aazərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, 70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyada iştirak edir.

“Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir. YAP gənclərindən ibarət qruplar yaradılıb. Bu qruplar tərəfindən ilboyu monitorinq aparılacaq. Ağaclara qulluq ediləcək, quruyan ağacların yerində yeniləri əkiləcək”, - deyə Siyavuş Novruzov qeyd edib.