YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur

“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə dərin məzmunlu islahatlar həyata keçirilir. Bu islahatlar qanunvericilik sferasını da əhatə etməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Nəriman Əliyev deyib.

N.Əliyev bildirib ki, ölkəmizdə aparılan islahatlar Azərbaycanın hərtərəfli inkişafına böyük təkan verir. Onun sözlərinə görə, bu baxımdan, YAP Siyasi Şurasının təşəbbüsü ilə Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciəti haqqında qərar qanunauyğun haldır. 

“Azərbaycanda bir çox sahələrdə aparılan islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Son vaxtlar daha çox icra strukturlarında baş verən islahatlar bunun cəmiyyətin inkişafı üçün faydalı olduğunu sübuta yetirdi. Bundan əvvəl Milli Məclisdə hüquq siyasəti üzrə qanunların təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin təklifləri əsasında da məsələlərə baxıldı. Bu da öz növbəsində məhkəmə orqanları sferasındakı islahatların cəmiyyətimiz üçün səmərəli olduğunu isbatladı. Bu səbəbdən islahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir. Bu islahatlar yalnız ölkəmizin bundan sonrakı inkişafına xidmət edə bilər”-deyən deputat söyləyib ki, artıq Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib.

N.Əliyev qeyd edib ki, digər sahələrdə olan islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını reallığa çevirir: “Ona görə də, parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur”.