YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dekabrın 23-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərə hazırlığın təbliğat-təşviqat mərhələsinə start veriləndən Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları partiyanın bələdiyyələrə namizədlərinin seçicilərlə görüşlərini təşkil edir, onlara platformalarını açıqlamaq, gələcəkdə görəcəkləri işlər barədə ətraflı məlumat vermək üçün imkanlar yaradırlar. Dünən Ucarın Qazyan YAP Ucar rayon təşkilatından bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, rayonda partiya tərəfindən namizədliyi irəli sürülən şəxslərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Hər bir seçki prosesindən qələbə ilə çıxan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə də tam hazırdır. Partiyanın seçki proqramı mövcuddur. Həmin proqramda bələdiyyələrə namizədlərin qarşısında duran vəzifələr öz əksini tapıb.

"Xalq üçün" devizi ilə təşviqat kanpaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə tanış edən Ş.Abdullayeva bildirib ki, hər bir seçki ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə sübut etdiyini təsdiqləyir:  “Rayon seçiciləri bütün seçki proseslərində, ümumxalq səsverməsində fəallığı ilə seçilib.”

Təbliğat-təşviqat qrupunun üzvləri Rahib Rəsulov, Qazyan bələdiyyəsinə namizəd Məhəmməd Abdullayev, seçicilər Firadə Ələkbərova və Aidə Hüseynova çıxış edərək seçkilərin yüksək səviyyədə, tam demokratik şəraitdə keçiriləciyini, hər bir seçici öz istədiyi namizədə sərbəst şəkildə səs vermə imkanı əldə edəcəyini vurğulayıblar.