YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək

Bu ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq “Bakutel” XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində, dekabrın 3-də  Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi məlumata görə, forumda Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq, hər iki ölkədə və üçüncü ölkələrdə birgə investisiya imkanları müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.

Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin rəsmi hissəsində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri Tayfun Acarer, İstanbul Ticarət Palatasının sədri, İbrahim Çağlar və Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkunun çıxış etməsi nəzərdə tutulur.

DİGƏR Xəbərlər Arxiv