YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib.

Görüşdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitinin rektoru, professor Nurlana Əliyeva, YAP Qadınlar Şurasının İdarə heyətinin üzvü, Azərbaycan Tibb Universitenin uşaq stomotologiya kafedrasının müdiri, professor Rəna Əliyeva, millət vəkili Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak ediblər.

Görüşdə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin əhəmiyyəti vurğulanıb, bu seçkilərə xeyli sayda qadın namizədlərin qoşulduğu diqqətə çatdırılıb.

Çıxış edən natiqlər YAP-ın ümumxalq partiyası olduğunu qeyd edərək qadın seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və partiyamızın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, görüşdən əvvəl sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün humanitar aksiya keçirilib.