YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının  Xəzər rayon təşkilatının qərargahında dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin ərazisində təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Milli Məclisin deputatı  Rauf Əliyev çıxış ediblər.

Görüşdə çıxış edənlər 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb, namizədlər barədə geniş məlumat veriblər.
Natiqlər seçiciləri 23 dekabrda Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verməyə çağırıblar.

 


 

DİGƏR Partiya xəbərləri Arxiv