YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişdir.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülmüş işlər barədə məlumat verildi.

Ulu öndər Heydər Əliyevin adını daşıyan park 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə açılmışdır. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada ilk ağac dövlətimizin başçısı İlham Əliyev tərəfindən əkilmişdir.

2007-ci ildə aparılmış təmir və yenidənqurma tədbirlərindən sonra parkın ərazisində geniş abadlıq işləri görülmüş, çoxlu sayda ağac və dekorativ bitkilər əkilmiş, oturacaqlar qoyulmuşdur. Həmin il mayın 12-də Prezident İlham Əliyev və Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət üzvlərinin və deputatlarının, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının rəsmi açılışı keçirilmişdir.

Diqqətə çatdırıldı ki, parkın ümumi sahəsi bir hektardır. Layihənin memarı F.Axundov, abidənin heykəltəraşı isə Xalq Rəssamı Natiq Əliyevdir.