YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun bölmələri sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Mərzili, Baş Qərvənd, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

 

DİGƏR Xəbərlər Arxiv