YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş Naziri Boris Consona təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri Boris Consona təbrik ünvanladı.

Təbrikdə deyilir: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

DİGƏR Xəbərlər Arxiv