YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Mayın 6-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Təbiri açan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli Mərkəzin fəaliyyəti haqqında danışmışdır. O, Mərkəz tərəfindən müxtəlif sahələri əhatə edən, eləcə də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışmışdır.