YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Pyer Allali: Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür

Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür. Heydər Əliyev Azərbaycanı üzləşdiyi çətinliklərdən xilas edib. Qanlı Yanvar hadisələrində o, xalqını unutmadı. Ölkənin iqtisadi baxımdan çətin vəziyyətdə olduğu, Azərbaycana qarşı torpaq iddiasında olan Ermənistanla münaqişənin gərgin anlarında Heydər Əliyev hakimiyyətə qayıdıb. O, ölkənin ən çətin anlarında xalqının yanında olub və onu xilas edib.

Bu fikirləri Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali deyib.

Jan-Pyer Allali qeyd edib ki, Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxlayıb. Hazırda onun siyasətini davam etdirən Prezident İlham Əliyevin sayəsində bu müstəqillik möhkəmlənib, ölkə gündən-günə inkişaf edir.