YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dərnək rəhbəri: Soyqırımı iddialarını irəli sürənlər Azərbaycan və Türkiyədəki kütləvi məzarlıqları ziyarət etməlidirlər

Biz ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” hesab edən qətnaməsini tanımırıq.

Bu sözləri  İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu bildirib.

Dərnək olaraq tarixi faktlara və hüquqazidd olan bu qətnamənin təşəbbüskarlarını və tərəfdarlarını qınadıqlarını deyən S.Qaraqoyunlu bildirib: “Soyqırımı iddialarını irəli sürənlər əvvəlcə Azərbaycan və Türkiyənin Anadolu bölgəsinin müxtəlif hissələrində yerləşən kütləvi məzarlıqları ziyarət etməlidirlər. Tarixboyu türklərə qarşı həyata keçirilən soyqırımı faktlarla ortadadır. Bu vəhşiliklərin ən böyük nümunələrindən biri 1918-ci ilin mart hadisələridir. O hadisələr zamanı bir gün içində yalnız Bakıda 30 min insan vəhşicəsinə qətlə yetirilib. Bu qətliamlar Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba, Qarabağ, Naxçıvan bölgələrində və bu gün Ermənistan sərhədləri daxilində olan, lakin tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzası və İrəvan vilayətində də baş verib. “Böyük Ermənistan” xəyalı ilə yaşayan ermənilər eyni soyqırımları Qars, İğdır, Ərzurum, Ərdahan, Van olmaqla Türkiyənin müxtəlif bölgələrində törədiblər”.

S.Qaraqoyunlu bu soyqırımı iddialarını qəbul edənlərin 1905-1920-ci illərdə soyqırımına məruz qalan türklərlə yanaşı, 1992-ci ildə Xocalıda baş verən müsibətlərə də nəzər salmalarının vacibliyini qeyd edib: “Əgər həqiqi soyqırımından bəhs edilirsə, o zaman yaxın tarixdə Xocalıda törədilən müsibətlərə dönüb baxmaq kifayətdir. Orada yaşanan həqiqətlər insanlığın ayıbıdır. Ermənistan və dəstəkçiləri buna görə cavab verməlidilər. Xocalıda törədilən qətliam dünyanın gözü qarşısında baş verib. Canlı şahidləri, qaziləri yaşadığı müddətcə bu hadisə dünya çapında araşdırılmalıdır. Xocalıda baş verən vəhşiliklər faktlarla, videogörüntülərlə ortadadır”.

O bildirib ki, insanlıq tarixinin qanlı səhifələrindən olan Birinci Dünya müharibəsi dövründə baş vermiş 1915-ci il hadisələri hər iki ölkənin tarixçiləri tərəfindən birgə araşdırılmalı və bu əsassız soyqırımı iddialarına hər cəhətdən aydınlıq gətirilməlidir.