YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir

Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar  rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə  kəndlərində görüş keçirmişdir.

Görüşlərdə YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli, rayon Gənclər Birliyinin  sədri Rauf Abuşov, rayon təbliğat qrupunun üzvləri Kənan Qasımov,  Samir Nuriyev, Mais Bayramov, Yaqut Əşrəfova  iştirak ediblər.           

Təbliğat-təşviqat görüşlərində  YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli açaraq, rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib. Ağali Kərimli  bilidirb ki,  ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının  həyata keçirdiyi  təbliğat-təşviqat kampaniyasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunur.  Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkəmiz son illərdə yeni uğurlar qazanmışdır.Cəmiyyətimizdə  gənclərin rolu artmaqdadır Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir.   

Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulayan Ağali Kərimli  partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd edib. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. İnanıırıq ki, 23 dekabr bələdiyyə seçkiləri günü gənclərimiz partiyanın etimadını nümunəvi xidmətləri ilə doğruldacaqlar.

Görüşdə çıxış edən seçicilərdən  Rauf Abuşov, Samir Nuriyev,  Xəyyam Məlikov, Mirəli Şıxəliyev və digərləri  Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss etdiklərini  əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərini  və xalqımızın rifahı, ölkəmizin inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.